Menu

Floridada çökən binada ölənlərin sayı 97 nəfərə yüksəldi

15.07.2021, 09:00
Floridada çökən binada ölənlərin sayı 97 nəfərə yüksəldi

Floridanın Mayami şəhəri yaxınlığındakı Sörfsayd qəsəbəsində iki həftə bundan əvvəl yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 97-ə çatıb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Mayami-Deyd dairəsinin bələdiyyə başçısı Daniella Livayn Kava mətbuat konfransında bildirib.

Bildirib ki, uçqunda daha 2 nəfərin meyiti dağıntılar arasından çıxarılıb.

Onun sözlərinə görə, uçqunda itkin düşənlərin sayı 12 nəfərdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol