İranın yeni seçilmiş prezidenti Seyid İbrahim Rəisi işğal olunmuş ərazilərin azad edilərək Azərbaycanın öz milli hakimiyyətini bu ərazilərdə bərpa etməsi və dövlət sərhədlərinə nəzarətin təmin olunması münasibətilə Azərbaycan Prezident İlham Əliyevi təbrik edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı İranın Azərbaycandakı Səfirliyi “Twitter” hesabında paylaşım edib.
Seyid İbrahim Rəisi bildirib ki, iki dost, qardaş və qonşu ölkənin əlaqələri xalqlarımızım qardaşlıq bağlarına, ortaq mədəniyyətinə və tarixinə söykənir.
İranın yeni seçilmiş prezidentinin sözlərinə görə, yeni fürsətlərdən faydalanaraq və məsləhətləşmə yolu ilə əməkdaşlıq yüksələn templə inkişaf edəcək, bölgədə sabitliyin və əmin-amanlığın möhkəmlənməsinə öz töhfəsini verəcək.


Şərhlər
Məncə İran ənənəvi olaraq söz yığınından ibarət bizə dəstək, faktik olaraq isə yəni silah-sursatla erməniyə dəstək olur...erməni məscidlərdə ən murdar hərəkətlərə yol versə də İranın müsəlman heysiyyatına toxunmur, Azərbaycan torpağını azad edərkən İran hay-küy salır ki, mənim sərhədimə yaxın atəş səsi gəlməsin, yəni bizə eşitdirir ki, farağat otur...