Vilnüs Brüsseldə Avropa İttifaqının (Aİ) miqrasiya siyasətinə yenidən baxılmasını qaçılmaz hesab edir. Litvanın fikrincə, bu siyasət həddindən artıq liberaldır. Belə təşəbbüslə Litvanın Milli təhlükəsizlik və Müdafiə və xarici siyasət üzrə parlament komitələri çıxış ediblər. Xəbəri «TASS» agentliyi yayıb.
Litva seyminin Milli təhlükəsizlik və müdafiə komitəsinin (MTMK) sədri Laurians Kaşyuans bəyan edib: «Komitələr birgə qərarları ilə Xarici İşlər Nazirliyinə (XİN) təklif edəcəklər ki, o, miqrasiya sahəsində fəaliyyət göstərən müddəalarına yenidən baxılması vəziyyətini formalaşdırsın, çünki bu müddəalar xeyli köhnləlib və daha çevik olmalıdırlar».
Siyasətçinin sözlərinə görə, qeyri-leqal miqrantlar tərəfindən sığınacaq verilməsi ilə bağlı neqativ qərardan şikayət edilməsi qaydaları sərtləşdirilməlidir. «Bununla onlar dəfələrlə şikayət edərək, prosesi uzadırlar və bu qayda ilə manipulyasiya edirlər. Daha bir təklif də belə şəxslər üçün ölkə boyunca hərəkət azadlığının qadağan olunmasıdır. Avropada belə bir fikir artmalıdır ki, sərbəst hərəkət hüququnun məhdudlaşdırılması miqrasiyanı yavaşıtmaq yolunda normal praktika olmalıdır» - komitə sədri bəyan edib.
İlin əvvəlindən Litva-Belarus sərhədində Asiya və Afrikadan olan 1738 qeyri-leqal miqrant saxlanıb ki, bu da bütün 2020-ci ildəkindən 21,5 dəfə çoxdur. İyunun sonunda Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, onun ölkəsi nakotiklərin və qeyri-leqal miqrantların qonşu ölkələrə ötürülməsi yolunda bir «maneə»dir, amma Qərbin Minskə siyasi təzyiqi nəzərə alınarsa, Belarus bu barədə düşünə bilər - bunu davam etdirməyə dəyərmi?
AzPolitika.info


Şərhlər