Menu

Öldürülən Haiti prezidentinin mühafizəsinin rəhbəri tutuldu

16.07.2021, 08:55
Öldürülən Haiti prezidentinin mühafizəsinin rəhbəri tutuldu

Haiti polisi keçən həftə öldürülən Prezident Jovenel Moizin mühafizə xidmətinin rəhbəri Dmitri Erarı həbs edib.

“Report” xəbər verir ki, bu barədə "Ayiti Today" xəbər portalı məlumat yayıb.

O, dövlət başçısının iqamətgahına hücum zamanı müvafiq tədbirlər görməməkdə günahladırılır.

Dmitri Erar Haiti Prezidenti Jovenel Moizin qətli ilə bağlı aparılan istintaq çərçivəsində dindirilmək üçün prokurorluğa çağırılmışdı. Lakin o ifadə verməkdən boyun qaçırmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol