Menu

Suriyada terrorçular zərərsizləşdirildi

16.07.2021, 22:46
Suriyada terrorçular zərərsizləşdirildi

Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Suriyanın şimal-şərqində PKK terror təşkilatının qanadı YPG-nin 7 döyüşçüsünü zərərsizləşdirib. “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Məlumata görə, PKK/YPG terrorçuları "Barış pınarı" əməliyyatı zonasına girməyə çalışıb, amma vaxtında aşkar ediliblər və xüsusi təyinatlı dəstənin döyüşçüləri tərəfindən zərərsizləşdiriliblər.

PKK terrorçuları ötən əsrin 80-ci illərinin ortalarında Türkiyədə bir sıra terror aktları həyata keçiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol