«Mərkəzi və Cənubi Asiya. Bölgəsel qarşılıqlı əlaqə: Çağırışlar və imkanlar» konfransının plenar iclasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Əfqanıstanda situasiya sürətlə deqradasiya edir.
Bu barədə iyulun 16-da Sputnik-Tacikistan informasiya agentliyi xəbər verib.
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) başçısı öz çıxışında Əfqanıstandakı vəziyyətdən narahatlığını ifadə edib.
«Amerika Birləşmiş Ştatları (ABŞ) və NATO koningentinin tez-tələsik çıxması fonunda bu ölkədə və onun ətrafında hərbi-siyasi vəziyyətin inkişafında qeyri-müəyyənlik sürətlə yüksəlir» - Rusiya XİN başçısı deyib.
Lavrov qeyd edib ki, qeyri-müəyyənliyin qonşu dövlətlərə keçməsi riski mövcuddur. «Belə ssenari təhlükəsi Əfqanıstanın bölgəsel əməkdaşlığa cəlb olunması yolunda ciddi maneədir» - o, bildirib.
AzPolitika.info


Şərhlər