Menu

ABŞ 12 mindən çox əfqanıstanlını təxliyə edəcək

17.07.2021, 23:17
ABŞ 12 mindən çox əfqanıstanlını təxliyə edəcək

ABŞ 2 500 Əfqanıstan vətəndaşını birbaşa öz ölkəsinə təxliyə edəcək. NBC News telekanalı bu barədə məlumatı ABŞ administrasiyasındakı üç mənbəyə istinadən yayıb.

ABŞ Prezidenti Cozef Bayden bir müddət əvvəl bildirmişdi ki, amerikalılarla əməkdaşlıq etmiş Əfqanıstanın minlərlə vətəndaşını Birləşmiş Ştatlara təxliyə edəcəklər.

Mənbə iddia edir ki, artıq 2 500 əfqanıstanlı ailələri ilə birlikdə bütün təhlükəsizlik yoxlamalarından keçiblər.

Məlumatda həmçinin qeyd edilir ki, növbəti mərhələdə daha 10 min əfqanıstanlı ABŞ hərbi bazasına və ya üçüncü ölkəyə köçürüləcək.

İlkin məlumatlara görə, onların da təxliyyəsi bir neçə gün ərzində başlayacaq.

Şərhlər

Araz 2021-07-18 16:51:50

10 il SSRİ və 20 il ABŞ bu işi görürdülər , nə oldu .

Özgür 2021-07-18 00:10:44

taliblərdən qurtulmağın bircə yolu var! Tökün bombaları başlarına vəssəlam!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol