Menu

ABŞ-ın Sakramento şəhərində atışma olub - Ölən və yaralananlar var

18.07.2021, 09:59
ABŞ-ın Sakramento şəhərində atışma olub - Ölən və yaralananlar var

Amerikanın Sakramento şəhərində (Kaliforniya) atışma olub. "Report" "TASS"a istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı iki nəfər ölüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının verdiyi məlumata görə, hadisə cümə günü yerli vaxtla saat 23:45 radələrində baş verib.

Silahlı insidentdə dörd nəfər yaralanıb.

Polis hadisə yerində bir neçə odlu silah tapıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol