Menu

Tehranda koronavirusa görə yeni məhdudiyyətlər tətbiq olunur

19.07.2021, 17:48
Tehranda koronavirusa görə yeni məhdudiyyətlər tətbiq olunur

Tehranda koronavirusa yoluxmaların artması ilə əlaqədar banklar və ticarət müəssisələri bağlanır.

“Report” İRİB-ə istinadən xəbər verir ki, koronavirusla mübarizə qərargahının əməliyyat şöbəsi katibi Babək Dinpərəst paytaxt Tehranda və qonşu Əlborze əyalətində bankların və ticarət məkanlarının 6 gün müddətinə bağlandığını açıqlayıb.

Eyni zamanda paytaxtın mərkəzi bazarı da bağlanacaq.

Qeyd edək ki, ötən 24 saat ərzində ölkədə 25.441 yoluxma qeydə alınıb. Hazırda “qırmızı təhlükə” zonasına Tehran, Xuzistan, Baloçistan əyalətləri aiddir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol