Ukrayna Hərbi-Hava Qüvvələri (HHQ) öz kadr heyətini sürətlə itirir. 2019-2020-ci illərdə ölkənin HHQ-dən 140 nəfərə yaxın sınaqçı-pilot azad olub, 2021-ci ildə isə 40 nəfərə yaxın pilotun azad olunacağı planlaşdırılır.
Təsəlliverici olmayan belə məlumatları iyulun 18-də Ukrayna Silahlı Qüvvələri (USQ) HHQ-nin nümayəndəsi Oleq Qavrilko «Azadlıq Radiosu»nun efirindən səsləndirib. O, bildirib ki, döyüş pilotlarının SQ-dən gedişi kütləvi xarakter alıb. USQ HHQ nümayəndəsinin fikrincə, belə statistika qismən digər sahələrlə rəqabətə əsaslanır ki, orada pilotar tələb olunur. «Aviasiya komandanlığı azad olmaları qismən Daxili İşlər Nazirliyi ilə əməkhaqqı rəqabəti səbəbilə izah edir» - HHQ nümayəndəsi bildirib.
Qavrilkonun sözlərinə görə, Müdafiə Nazirliyində pilotların əməkhaqqının artırılması planlaşdırılır - bu məsələyə artıq Baş Qərargahda baxılıb, amma indiki vəziyyətə pozitiv həll yoxdur. Bu arada DİN və USQ sistemləri arasında əmək haqqı fərqi 1,5-2,0 dəfə təşkil edir. Bundan başqa, aviasiya parkı hələ SSRİ dövründən bəri təzələnməyib və bu səbəbdən dolayı yararsız hala gəlir ki, bu da nəticədə uçuşların ümumi sayını aşağı salır. Belə vəziyyət Ukraynanın NATO üzvlüyü yolunda maneəyə (standartlar baxımından) çevrilir.
AzPolitika.info


Şərhlər