2032-ci ildə Yay Olimpiya Oyunlarının keçiriləcəyi şəhər açıqlandı - RƏSMİ
Baxiş sayı:
Dərc olunub:
21/07/2021 - 12:38
2032-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının məkanı açıqlanıb.
"Reoprt" Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, olimpiadanın Avstraliyanın Brisben şəhərində keçirilməsi qərara alınıb.
Qeyd edək ki, qarşıdakı Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda Yaponiyanın paytaxtı Tokioda keçiriləcək. 2024-cü il olimpiadası Fransanın paytaxtı Parisdə, 2028-ci il Oyunları isə ABŞ-ın Los-Anceles şəhərində təşkil olunacaq.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.