Menu

“İŞİD" Suriya-Türkiyə sərhədindəki məntəqəni ələ keçirməyə cəhd edib

23.10.2014, 10:11
“İŞİD" Suriya-Türkiyə sərhədindəki məntəqəni ələ keçirməyə cəhd edib

Kürd silahlıları “İŞİD” terror qruplaşmasının Kobani yaxınlığında Suriya-Türkiyə sərhəd nəzarət-buraxılış məntəqəsini ələ keçirmək cəhdini dəf ediblər.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, Suriyanın “Ahbar Suriya” xəbər portalının məlumatına əsasən, “İŞİD” Suriya-Türkiyə sərhədində nəzarət-buraxılış məntəqəsini nəzarətə almaq məqsədi ilə hücuma keçib. Strateji obyektə hücum eyni vaxtda üç istiqamətdən həyata keçirilib".

Lakin kürd silahlıları “İŞİD”-in həmləsini dəf ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol