Ukrayna, Gürüstan və Moldova Avropa İttifaqına daxil olmaq qərarı veriblər - Dəvət gözləmədən

Ukrayna, Gürcüstan və Moldova Avropa ittifaqına (Aİ) daxil olmaq üçün sifariş vermək hüququndan istifadə edə bilərlər. Bu hüquq Avropa İttifaqı Müqaviləsinin 49-cu maddəsində öz əksini tapıb.

Bu barədə Batum sammitinin bəyannaməsində söhbət açılır.

Sənəd iyulun 19-da Ukrayna Prezidenti Vladimir Zelenski, Gürcüstan Prezidenti Salome Zurabişvili və Moldova Prezidenti Maya Sandu tərəfindən imzalanıb.

Bəyannamənin mətni Ukrayna Prezidentinin mətbuat xidmətinin başçısı tərəfindən dərc olunub. Sənəddə deyilir ki, üç ölkənin başçısı Batumda görüşüblər ki, Avropa inteqrasiyasına yönəlik üçtərəfli əməkdaşlığı möhkəmləndirsinlər.

Liderlər bəyan ediblər ki, Aİ ilə assosiasiya barədə saziş islahatların açar yol xəritəsidir və onların həyata keçirilməsinin davamı Avropa İttifaqı ilə assosiasiya etmiş üç həmkar arasında siyasi assosiasiya və iqtsadi inteqraisiya cəhdlərinin dərinləşməsini nəzərdə tutur.

«Assosiasiya etmiş üç həmkar üçün Avropa perspektivinin təqdim olunması güclü stimul olacaq və daha dərin və daha geniş islahatlar üçün təkan verəcək. Bu kontekstdə biz, xatırladırıq ki, Aİ Müqaviləsinin 49-cu maddəsinə uyğun olaraq, Gürcüstan, Moldova Respublikası və Ukrayna Avropa dəyərlərinə hörmət edən və irəli getməyə sadiq olan Avropa dövlətləri kimi, Avropa İttifaqına daxil olmaq üçün sifariş verə bilərlər» - bəyannamədə yazılıb.

Prezidentlər Aİ institutları ilə əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər - bu əməkdaşlıq assosiasiya barədə sazişlə nəzardə tutulub.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar