Menu

Türkiyənin hakim partiyasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

22.07.2021, 12:24
Türkiyənin hakim partiyasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

"İyulun 25-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndə heyəti Azərbaycana səfər edəcək".

"Report"un xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyası sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.

Onun sözlərinə görə, nümayəndə heyətinin üzvlərinin Bakıda rəsmi şəxslərlə görüşü nəzərdə tutulur: "İyulun 28-də isə Gəncə şəhərində birgə konfrans keçiriləcək. Konfransda Şuşa Bəyannaməsindən irəli gələn məsələlər müzakirə olunacaq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol