PAŞİNYAN AZƏRBAYCANLA SÜLH DANIŞIQLARINA HAZIRDIR - Hökumətin iclasında bəyan etdi

Ermənistanda baş nazir səlahiyətlərini icra edən Nikol Paşinyan ölkəsinin Azərbaycanla sülh danışıqlarına başlamağa hazır olduğunu təsdiqləyib.

Aysor.am xəbər verir ki, bu barədə o, hökumətin iclasında bildirib.

“Sülh və sabitliyin alternativi yoxdur. Ermənistan hökuməti bölgə üçün dinc inkişaf dövrü açmaq vəzifəsini yerinə yetirməyə qərarlıdır”, - deyə Paşinyan vurğulayıb.

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2021-07-22 16:43:24

İlk gündən bütün sosial paylaşmalarımda və TV-lərdəki çıxışlarımda Paşinyanın sıradan elə də bir cılız siyasət adamı olmadığını və erməni millətinin xilası üçün, xüsusən də Qarabağ məsələsinin bitirməsi qayreti içərisində olduğunu dilə gətirmişəm. Zaman -zaman soydaşlarımızın bu konudakı səbirsiz davranışlarına səbirlə cavab verib, bir az da səbir etmələrini tavsiyyə etmişəm. İnşallah by yöndə Türküyə və Azərbaycanla "Ermənistanın" siyasi əlaqələr tez bir zamanda kurular və nəhayyətdə bölgə hüzur və barışa qovuşar. Və mən əminəm ki, bu siyasət sonda 1920-ci ildən sonra "Ermənistandan"dan zaman-zaman çıxarılmış o torpaqların əzəli sahibləri soydaşlarımızı da sonda geriyə, öz vətənlərinə götürər . Bunu Ölkə Başçısı cənab İlham Əliyev də deyir, Qardaş Türküyə cümhur Başkanı sayın Ərdoğan da deyir. İnşallah sular durulandan sonra da Paşinyan da deyəcək. Çünki, bu ayrılıq və tək millətlilik ermənilərə fəlakətdən başqa bir şey gətirmədi. Biləsiniz ki, bu Xalqımızın və Dövlətimizin ən yaxın hədəfidir. İnşallah sonrakı hədəflər də gələcək və bu hədəfləri də indiki məqamda açıqlamaq məqbul deyildir. Allah Türkə yar olsun.,

t.ədalət 2021-07-22 13:26:10

Paşinyanın təşəbbüsünü Putin əngəlləyəcək.

Son yazılar