Menu

“Yelo Bank” ASC tender elan edir

22.07.2021, 14:45
“Yelo Bank” ASC tender elan edir

“Yelo Bank” ASC-nin Yeni baş ofisində Fitness zalın fəaliyyəti məqsədilə açıq tender elan edir.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

  • Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
  • Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödənişə yönəlmiş girovu olmamalı;
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
  • Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
  • Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalı

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcəkdir:

  • Təqdim ediləcək məhsulun keyfiyyəti
  • Təklif ediləcək məhsulun qiyməti
  • İştirakçı şirkətin bu sahədə təcrübəsi
  • Şirkətlərin və şirkət əməkdaşlarının bu sahədə sahib olduqları sertifikatlar və lisenziyalar
  • 1.Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
  • Qiymət təklifi
  • İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
  • Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
  • Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahələr üzrə portfeli (albom, görülmüş işlər haqqında fotohesabat, e-kataloq və s.)
  • 2.Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı
  • -Tender təklifləri 16 İyul 2021-ci il, Bakı vaxtı ilə saat 17:00-a qədər Bakı ş. Həsənbəy Zərdabi küç 81 ünvanına yalnız bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.
  • -Zərflərin hər küncü möhürlənməlidir.
  • -Qiymətlər Azərbaycan manatı ilə qeyd olunmalıdır.
  • -Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir.
  • -Əgər ehtiyac yaranarsa bankın əlaqəli şəxsi ilə əlaqə saxlanılıb bankın mətbəx və restoran ərazisinə bağış keçirilə bilər.
  • 3.Tələb olunan xidmətlər
  • Təchizatçı şirkətdən hər hansı bir icarə ödənişi tələb olunmayacaq və qiymət təklifi təqdim olunan zaman bu nüansın nəzərə alınmalıdır.
  • Baş ofisdə nəzərdə tutulan idman zalının ərazi 175 sq.m-dir.
  • Qadınlar üçün qadın, kişilər üçün kişi məşqçi.
  • Bütün trenajor/fitness avadanlıqları şirkət tərəfindən təqdim olunmalıdır.
  • İş rejimi həftə içi səhər saat 07:00-09:00 və 18:00-22:00, həftəsonu isə saat 08:00-21:00
  • Qalib şirkət 1 avqust 2021 ci il tarixində fəaliyyətə başlamaq qabiliyyətində olmalıdır.
  • 4.Qiymət təklifi təqdim olunmalıdır:
  • -Gündəlik
  • -Ay ərzində 8 giriş
  • -Ay ərzində 12 giriş
  • -Ay ərzində 16 giriş
  • 5.Alətlər

Minimum aşağıda qeyd olunan alətlər olmalıdır.

  • Hyperextension
  • Crossover
  • Hammer leg extension
  • Chest + Shoulders (Bench Press)
  • Chest + Triceps (Bench Press)
  • Leg press
  • Smith (squats + bench press)
  • Exercise bike
  • Bench
  • Treadmill
  • Dumbbells
  • Hummer horizontal pull (back)
  • Horizontal block pull (back)
  • Barbells
  • 6.Ödəniş və digər şərtlər
  • Tender iştirakçıları keyfiyyət və istehsalçı meyarlarından irəli gələrək bir neçə təklif verə bilərlər.
  • Tenderin qalibi olan şirkətdən Bankda fəaliyyəti üçün icarə və hər hansi bir kommunal ödənişi tələb olunmur.
  • Müqavilə 1 il ərzində qüvvədə olacaq.
  • Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.
  • Ödəniş işçilər tərəfindən olunacaq.
  • 7.Satınalan təşkilatın ünvanı
  • Bakı ş. Həsənbəy Zərdabi 81K,
  • Əlaqələndirici şəxs:
  • Anar Asgarzade
  • İnzibati və Təchizat departamentinin
  • Təchizat və satınalma şöbəsinin rəhbəri
  • +99412 981 daxili 1974
  • +99455 5056575
  • aasgarzada@yelo.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol