İranda koronavirusdan ölənlərin sayı 88 mini keçib

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 226 nəfər ölüb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 88 063 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 20 313 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 3 623 840 nəfərə çatıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar