Yağıntının azalması əkin sahələri üçün ciddi təhdid yaradır - Nazirlik

Azərbaycanda yağıntının miqdarının azalması kənd təsərrüfatı üçün ciddi təhdid yaradır.

Bunu Bakupost.az -a Kənd Təsərrüfatı Nazirliyinin Torpaqlardan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib.

Onun sözlərinə görə, qlobal iqlim dəyişmələri fonunda baş verən ən böyük problemlərdən biri yağıntıların miqdarının dövrü olaraq azalmasıdır. Bu azalmanın kənd təsərrüfatına təsirləri qiymətləndirilir:

“Kənd təsərrüfatında böyük qisim əkinləri payızlıq əkinlər təşkil edir. Bunlar xüsusilə taxıl əkinləridir. Ötən il yağıntıların qeyri-bərabər paylanması və onların gözlənilən müddətdə, yəni payızlıq əkinlərinin vegetasiya dövründə düşməməsi 100 min hektardan çox taxıl sahəsinin yanmasına səbəb oldu”.

Şöbə müdiri hesab edir ki, fermerlər az su ilə də məhsuldarlıq əldə edə bilərlər. Bu məsələ ilə bağlı fermerlərə çağırış edən nazirlik rəsmisi onları qənaətedici, innovativ, müasir suvarma sistemlərindən istifadə etməyə çağırır.

Müasir suvarma sistemləri suya qənaət etməklə yanaşı, məhsuldarlığı da artırır:

“Fermer müasir suvarma sistemindən istifadə etdikdə öz torpaqlarının münbitliyini də qorumuş olur. Selləmə suvarılmanın mənfi fəsadlarından biri torpaqlarda münbitliyin azalması, onun şoranlaşmasıdır. Müasir suvarma sistemi bunun qarşısını alır. Buna görə də fermerlər zamanla müasir suvarma sisteminə keçməlidirlər”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar