MÖVQELƏRİMİZ ATƏŞƏ TUTULDU - Hərbi qulluqçumuz şəhid olub

İyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına dərin hüznlə başsağlığı verir!

Hazırda qeyd olunan istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri həyata keçirilir.

Ermənistan tərəfi bu kimi təxribat yolu ilə qəsdən iki ölkənin dövlət sərhədində vəziyyəti gərginləşdirmək məqsədi güdür.

Baş vermiş təxribata görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.

635x100

Şərhlər

Niyaməddin 2021-07-23 23:12:25

Şəhidimizin qisası alınmalıdır! Alınmazsa, haqqımız dövlətə haram olsun! Rusiyadan zərrə qədər qorxmamalı, əksinə onlara yerini göstərməli, Qarabağımızdan iti qovan kimi qovmalıyıq!

Vətəndaş 2021-07-23 21:48:59

Bu atışmalar axır vaxtlar nə isə şübhəlidir. Mənə elə gəlir ki bu erməniləri də bizi də qosrxutmaq üçündür ki bax müharibə olacaq sakit durun.

Xalq 2021-07-23 17:53:39

dəmir yumruq işə salınıb qisas alınmalıdır! ermənilər qudurdular.

Son yazılar