“GÖSTƏRDİK Kİ, ARTIQ DİŞİMİZ YOXDUR...”- "Yeni sənəd xalq tərəfindən qurtuluş kimi qəbul ediləcək"

Ermənistanın ikinci Prezidenti, "Hayastan" blokunun lideri, hərbi cani Robert Koçaryan Azərbaycan-Ermənistan sərhədində vəziyyətin kəskinləşməsinin mümkün nəticələrini şərh edib.

“AzPolitika.info” xəbər verir ki, yerli KİV-lərə müsahibəsində uşaq qatili Robert Koçaryan sərhədin Sədərək-Erasx istiqamətində baş verən son atışmaları Azərbaycanla sülh müqaviləsinin imzalanmasının "mümkün müqəddiməsi" adlandırıb.

"Bəli, bəlkə də Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyü tanınmadan bağlana bilməyəcək bir razılaşma növü hazırlanır. Bu isə Qarabağın sonu olacaq",-deyə Robert Koçaryan deyib.

Onun sözlərinə görə, "bu cür təxribatlardan sonra" yeni bir müharibə təhlükəsinə görə, Ermənistana güzəştləri təklif edən yeni sənədin imzalanması xalq tərəfindən artıq "xəyanət kimi yox, qurtuluş kimi" qəbul ediləcək.

"Biz sanki Qaragöldə çox sayda Azərbaycan əsgərlərinin olduğunu unutmuşuq... Bu, müharibə vaxtı və ondan sonra Ermənistanın başına gələnlərin məntiqi davamıdır. Göstərdik ki, artıq dişimiz yoxdur, adekvat cavab vermək imkanı və istəyimiz yoxdur", - Robert Koçaryan deyib.

“AzPolitika.info”

635x100

Şərhlər

Azər 2021-07-26 13:34:03

ay Köçətyan.Sizin heç vaxt dişiniz olmayıb və ola dabilməz!arvad-qızlarınızı onun-bunun altına buraxıb, yaltaqlıqla özgəsinin gücündən istifadə etmisiniz.zbunu sən də bilirsən. Ona görə sakit olub,dinc yerində otursan bəlkə salamat yaaşaya biləsən.

Niyaməddin 2021-07-24 22:15:33

Aborigen, sökmüşük, olan qalanlarını da inşə Allah sökəcəyik!

Aborigen 2021-07-24 20:31:13

" Göstərdik ki, artıq dişimiz yoxdur, adekvat cavab vermək imkanı və istəyimiz yoxdur" Bay! Bunların dişiləri hara yoxa çıxıb?

Son yazılar