"Azercell" Milli Olimpiya Komandasına uğurlar arzulayır

Milli Olimpiya Komitəsinin və Milli Olimpiya Komandasının məğrur tərəfdaşı “Azercell Telekom” MMC idmançılarımızın yanında olmaqdan qürur duyur, bu mühüm və möhtəşəm tədbirdə onların hər birinə uğurlar diləyir.

Xatırladaq ki, 28 fevral 2020-ci il tarixində Azərbaycan Milli Olimpiya Komitəsi və “Azercell Telecom” MMC arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Tokio-2020 Yay Olimpiya Oyunları ötən il keçirilməli olsa da, pandemiya səbəbindən təxirə salındı. Bütün dünyanın diqqət mərkəzində olan bu Oyunlarda çətin şərtlərə rəğmən dayanmadan məşq edən və yüksək mübarizə əzmi nümayiş etdirən azərbaycanlı idmançılar ölkəmizi 44 nəfərlik heyətlə təmsil edəcəklər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar