Tanınmış jurnalist ona verilən evi şəhid ailəsinə bağışladı: "Şərhə ehtiyac yoxdur"

"Voice of Azerbaijan” televiziya agentliyinin rəhbəri, Ümumrusiya Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin (VQTRK) Azərbaycandakı rəsmi nümayəndəsi tanınmış telereportyor Şakir Eminbəyli 2018-ci ildə"Jurnalistlər Evi"ndə ona verilən mənzili şəhid ailəsinə bağışlayıb.

Jurnalist bu bardə Facebook hesabında paylaşım edib.

 "2018-ci ildə "Jurnalistlər Evi"ndə mənə ayrılan mənzili şəhid ailəsinə verirəm. Şərhə ehtiyac yoxdur. Hər kəsə təşəkkür" deyə paylaşımında qeyd edib.

Qeyd edək ki, bu gün bir qrup media rəhbəri və ictimaiyyət nümayəndəsi jurnalistlərin üçüncü binasının şəhid ailələrinə verilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Sözügedən məsələ jurnalistlər arasında müzakirə mövzusuna çevrilib və qalmaqal səngimək bilmir.

635x100

Şərhlər

Rizvan 2021-07-25 09:32:51

Halal olsun

Roma 2021-07-25 09:21:31

Halal olsun sənə Vətənin çörəyi, əsil kişi kimi hərəkət etdin. Ulu tanrı səni qorusun...

Son yazılar