Menu

KƏLBƏCƏRDƏ ATIŞMA: SƏRHƏDDƏ GƏRGİNLİK DAVAM EDİR - Rəsmi açıqlama + VİDEO

26.07.2021, 09:06
KƏLBƏCƏRDƏ ATIŞMA: SƏRHƏDDƏ GƏRGİNLİK DAVAM EDİR - Rəsmi açıqlama + VİDEO

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində növbəti dəfə təxribat törədib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 26-sı saat 03:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutub.

Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.


Şərhlər

t.ədalət 2021-07-26 09:51:01

Atəşin intensiv hal alması onu göstərir ki,Putin Azərbaycanı Türkiyə ilə münasibətdən aralamaq istəyir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol