Menu

Azərbaycanda polis əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb

26.07.2021, 11:52
Azərbaycanda polis əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb

Şamaxı rayonunda polis əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb.

“Report” xəbər verir ki, hadisə rayonun Məlikçobanlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, polis serjantı İdrak Alıyev öz evinin həyətində təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində vəfat edib.

Hadisə onun xidmətdənkənar olduğu vaxt baş verib.

Faktla bağlı Şamaxı rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol