Menu

Ermənistanda koronavirusdan ölənlərin sayı 4 590-a yüksəlib

26.07.2021, 12:38
Ermənistanda koronavirusdan ölənlərin sayı 4 590-a yüksəlib

Ermənistanda daha 112 nəfər COVID-19-a yoluxub.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 228 910-a çatıb. Son sutkada koronavirusdan 3 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 590-a yüksəlib.

Koronavirusa yoluxan 219 168 nəfər sağalıb, 4 037 pasiyent müalicə olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol