Menu

İranda COVID-19-dan ölənlərin sayı 89 mini keçib

26.07.2021, 14:56
İranda COVID-19-dan ölənlərin sayı 89 mini keçib

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 322 nəfər ölüb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 89 122 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 31 814 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 3 723 246 nəfərə çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol