Gürcüstanda yenə “lokdaun” olacaq?

Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkədə növbəti “lokdaun”un tətbiq edilməsini istisna edib. “Sputnik Gürcüstan” xəbər verir ki, o eyni zamanda, ciddi bir məhdudiyyət tətbiq olunmayacağını da deyib.

Bunun səbəbi Gürcüstanın növbəti qapanmadan xilas ola bilməyəcəyi və ciddi məhdudiyyətlərin iqtisadiyyata ziyan vurmasıdır.

Onun sözlərinə görə, respublika rəhbərliyi fərqli bir yol seçib: “Bu, idarəetmə yoludur. Pandemiyanı effektiv şəkildə idarə etmək üçün hər şeyi etməliyik. Ölkəmiz artıq yeni bir qapanmaya tab gətirə bilməyəcək”.

Gürcüstanın ABŞ-dan yarım milyon doza “Pfizer” peyvəndi aldığını xatırladan Qaribaşvili vətəndaşları vaksinasiyaya çağırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar