Menu

Terrorçularla atışmada iki türk əsgəri şəhid olub - FOTOLAR

28.07.2021, 01:23
Terrorçularla atışmada iki türk əsgəri şəhid olub - FOTOLAR

Türkiyə ordusunun iki əsgəri İraqın şimalında terrorçularla atışmada şəhid olub. Bu barədə  Türkiyə mətbuatı xəbər verir.

Türkiyənin Milli Müdafiə Nazirliyi atışma zamanı daha bir əsgərin yaralandığını bildirib. Qeyd edilir ki, o, xəstəxanaya yerləşdirilib.

Atışma zamanı bir terrorçu zərərsizləşdirilib.

Nazirlik şəhid olan əsgərlərin ailələrinə başsağlığı verib, yaralı hərbçiyə şəfa diləyib.

Allah rəhmət eləsin!

Şərhlər

Niyaməddin 2021-07-28 23:01:23

Vətən sağ olsun! Allah rəhmət eləsin!

Xalq 2021-07-28 11:26:37

Allah rəhmət eləsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol