AZƏRBAYCANDA YOLUXANLARIN SAYI KƏSKİN ARTDI - 3 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 750 yeni yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 3 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 341 933 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 393 nəfər müalicə olunaraq sağalıb, 5014 nəfər vəfat edib, aktiv xəstə sayı 4526 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11058, ötən müddət ərzində isə ümumilikdə 4 003 650 test aparılıb.

Qeyd edək ki, Azərbaycanda dünən koronavirusa 468 yoluxma faktı qeydə alınmışdı.

635x100

Şərhlər

Türk 2021-07-29 09:42:49

Koronovirusu vaksini insanları məhv eütmək üçün belə başqa ideyaları irəli sürənləri və onları dəstəkləyib insanları ölümə aparan hər bir kəsin cəzasını O BÖYÜK ALLAH BİZİ YARADAN VERSİN. Başqa heç nəyə gücümüz çatmır.

vətəndaş 2021-07-28 18:45:34

Formula bir qurtarandan sonra yoluxma artacaq demişdik

Son yazılar