Sosial şəbəkələrdə idman yarışının keçirilməsi ilə bağlı yayılan görüntülər araşdırılıb.
DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, antinarkotik təbliğatı adı altında keçirilən yarış iyul ayının 27-də saat 22:30 –23:30 radələrində paytaxtın Xətai rayonu, Şirvani küçəsində yerləşən idman zalında təşkil olunub.
Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində xüsusi karantin və ictimai qayda pozuntusu ilə müşayiət olunan yarışla bağlı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsinə uyğun olaraq cinayət işi, İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddələrinə müvafiq olaraq inzibati icraat başlanıb.
Yarışın təşkilatçısı olan ictimai birliyin rəhbəri, 1984-cü il təvəllüdlü Elçin Çobanzadə müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıb. Yarışın iştirakçıları və tamaşaçıları ilə bağlı araşdırmalar davam etdirilir.


Şərhlər
Bunlara,arxasında duranlara,qarşı ciddi tədbirlər görülməli,belə avara
Bu Elçin deyilən GƏDƏ və içtirakçıların milli mənsubiyyəti ciddi araşdırılmalı və cəzalandırılmalıdırlar .
Bunu təşkil edənlər və havadarları ciddi cəzalandırılmalıdır.Görün burada gecə saatlarında nə qədər azyaşlı.yeniyetmə.gənz vardır.Belə AVARA işlər xalqı uçuruma aparır.Bu düşmən təxribatıdır.Ayılın ay MİLLƏT ayılın. Belə GİC-GİC işlər düşmən təxribatıdır.Buna laqeyid qalmaq olmaz.