Menu

Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub - Nəticələr

29.07.2021, 01:25
Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub - Nəticələr

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub. "Report"un məlumatına görə, ikinci oyun günündə daha 9 cavab qarşılaşması keçirilib.

Azərbaycanın turnirdəki təmsilçisi "Neftçi" Yunanıstan "Olimpiakos"una səfərdə olduğu kimi, evdə də eyni hesabla uduzub - 0:1. "Olimpiakos" Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstan "Lüdoqorets"i ilə üz-üzə gələcək. "Lüdoqorets" Sloveniya "Mura"sını iki oyunun yekununda mübarizədən kənarlaşdırıb - 0:0, 3:1.

"Qalatasaray" klubu isə Niderlandda 1:5 hesabı ilə uduzduğu PSV-yə Türkiyədə də uduzub - 1:2.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunları

28 iyul

21:00. "Neftçi" (Azərbaycan) - "Olimpiakos" (Yunanıstan) - 0:1

İlk oyun - 0:1

21:00. "Şerif" (Moldova) - "Alaşkert" (Ermənistan) - 3:1

İlk oyun: 1:0

21:30. ÇFR (Rumıniya) - "Linkoln" (Cəbəllütariq) - 2:0

İlk oyun - 2:1

21:45. "Midtüllan" (Danimarka) - "Seltik" (Şotlandiya) - 2:1 (ƏLAVƏ VAXT - 1:0)

İlk oyun - 1:1

22:00. "Qalatasaray" (Türkiyə) - PSV (Niderland) - 1:2

İlk oyun - 1:5

22:00. “Lüdoqorets” (Bolqarıstan) - "Mura" (Sloveniya) - 3:1

İlk oyun - 0:0

22:15. “Yanq Boyz” (İsveçrə) - “Slovan” (Bratislava, Slovakiya) - 3:2

İlk oyun - 0:0

22:30. "Srvena Zvezda" (Serbiya) - "Kayrat" (Qazaxıstan) - 5:0

İlk oyun - 1:2

22:30. "Sparta" (Praqa, Çexiya) - "Rapid" (Vyana, Avstriya) - 2:0

İlk oyun - 1:1.

Beləliklə, Çempionlar Liqasının III təsnifat mərhələsində görüşəcəklər:

Çempionlar Yolu

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Legiya" (Varşava, Polşa)

ÇFR (Kluj, Rumıniya) - "Yanq Boyz" (İsveçrə)

"Olimpiakos" (Yunanıstan) - "Lüdoqorets" (Bolqarıstan)

"Srvena zvezda" (Serbiya) - "Şerif" (Moldova)

"Malmö" (İsveç) - "Reyncers" (Şotlandiya)

"Ferentsvaroş" (Macarıstan) - "Slaviya" (Praqa, Çexiya)

Liqa Yolu

PSV (Eyndhoven, Niderland) - "Midtüllan" (Danimarka)

"Spartak" (Moskva, Rusiya) vs "Benfika" (Portuqaliya)

"Genk" (Belçika) - "Şaxtyor" (Donetsk, Ukrayna)

"Monako" (Fransa) - "Sparta" (Praqa, Çexiya)

Qeyd edək ki, qarşılaşmalar 3-4 avqust və 10 avqustda təşkil olunacaq.

Şərhlər

Cavan 2021-07-29 08:54:58

Çempionlar liqasına Mezokollini transfer edəcəksənsə nəticə belə ilacaq.Ayıbdır,Moldovanın komandasına baxın.Qarabağı uddunuz nə oldu?Heç olmasa Qarabağ hər il Avropa liqasına düşüb Azərbaycanın reytinqini qaldırırdı.Çempionlar liqasında oynayan komandada hücumçu yoxdur.Ayrılan pullar hara gedir?Kimin cibinə gedir?Bunu araşdırmaq lazımdır.Haram olan yerdə yaxşı heç nə olmayacaq.Olimpiada buna gözəl misaldır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol