"Su probleminin həllində köməklik istəyirəm" - Şəhid atası ölkə rəhbərliyinə müraciət etdi

"Göyçay rayonunda özbaşınalıq baş alıb gedir, problemlər həll edilmədiyinə görə sakinlər çox əziyyət çəkirlər". 

Bunu "AzPolitika.info" saytının redaksiyasına ünvanladığı məktubda rayonun Üngütlü kənd sakini, şəhid atası Nadirov İlyas Şirməmməd oğlu yazır.

Onun yeganə övladı Fərid Nadirov Vətən müharibəsində şəhidlik zirvəzinə ucalıb.

Şikyaətçi yazır ki, içməli suyun olmaması onlara məhrumiyyətlər yaşadır: "Kənddə həmişə bol suyu olan, evimə yaxın artezian quyusunda su yoxa çıxıb. Evdən təxminə 800 metr aralıda olan bu quyudan su gətirib istifadə edirik, amma indi naçar qalmışıq..."

İ.Nadirovun sözlərinə görə, problemin həll edilməsi üçün bir neçə dəfə Göyçayın icra başçısına və Su Kanal İdarəsinin rəhbərliyinə müraciət edib. Amma hər dəfə "problem tezliklə həll ediləcək", deyə vəd versələr də, nəticəsi olmayıb.

"Mən illər öncə ehtiyatsızlıq ucbatından ağacdan yıxılıb, sağ qolumu sındırmışdım. Həmin qolum tam işləmir, tək əllə su daşımaq isə mənə əziyyət verir. Prezident cənab İlham Əliyevdən və Birinci Vitse-prezident Mehriban xanım Əliyevadan kömək istəyirəm. Göydə Allaha, yerdə Sizə ümüd edirəm. Xahiş edirəm, su probleminin həll edilməsində mənə köməklik göstərəsiniz", - deyə şəhid atası media vasitəsi ilə ölkə rəhbərliyinə müraciət edib.

"AzPolitika.info"


635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar