“Putinin neftdən və nüvə silahından başqa heç nəyi yoxdur” - Bayden

Rusiyanın iqtisadiyyatı həddən artıq zəifdir, Prezident Vladimir Putinin isə yalnız nüvə silahı və nefti var.

Belə bəyanatı Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Co Bayden Milli Kəşfiyyat direktorunun ofisindəki mənzil-qərargahında çıxışı zamanı səsləndirib.

O, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Genevrədəki görüşünü xatırladıb. Baydenin versiyasına görə, onun «real problemi var»: «Putin nüvə silahı və neft buruqları olan iqtisadiyyata rəhbərlik edir, başqa heç nə. Daha heç nə. Hazırda onların hansı iqtisadiyyatı var? Dünyada ən kiçik səkkizindən biri? Ən böyüyündən biri? Putin bilir ki, gerçəkdən ürəkaçan vəziyyətdə deyil və bu, mənim fikrimcə, onu daha da təhlükəli edir».

Xəbər verildiyi kimi, bu həftə konqresmen və Ağ Evin keçmiş həkimi Renni Cekson bəyan edib ki, ABŞ Prezidenti Co Bayden ağıl qəbiliyyətinin aşağı düşməsinin proqress etməsi səbəbilə, tezliklə istefaya gedəcək. Konqresmen «Tvitter»də Baydenin çıxışını dərc edib.

«O, ağlını tamam itirib! ELƏ İNDİCƏ onun koqnitiv funksiyalarını yoxlamaq lazımdır» - Cekson yazıb.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar