Menu

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

30.07.2021, 12:09
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 6,25% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

“Report” xəbər verir ki, bu barədə qurumun sədri Elman Rüstəmov onlayn keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 6,75%, yuxarı həddi isə 5,75% səviyyəsində saxlanılıb.

AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı sentyabrın 17-də ictimaiyyətə açıqlanacaq.

Şərhlər

Vətəndaş 2021-07-30 14:32:17

Maraqlı deyilmi? Azərbaycan Mərkəzi bankı uçot dərəcəsini eyni saxlayır,dollarin dəyərin manatla məzənnəsi sabit saxıayır,amma vətəndaşlar hər sahədə qiymət artımları ilə rastıaşırlar.Bunu necə anlamaq olar?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol