Menu

Azərbaycanlı yanğınsöndürənlərin Türkiyəyə yola düşməsi üçün hazırlıq işləri gedir

30.07.2021, 15:07
Azərbaycanlı yanğınsöndürənlərin Türkiyəyə yola düşməsi üçün hazırlıq işləri gedir

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğınsöndürmə qüvvələrinin əməkdaşlarının Türkiyəyə yola düşməsi üçün hazırlıq işləri gedir.

"Report" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Qeyd olunub ki, ən qısa zamanda qüvvələr qardaş Türkiyəyə yola düşəcək.

Əlavə məlumat veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol