Menu

"Türkiyə-Azərbaycan tandemi qarşısında bir qərara gəlmək lazımdır..." - Erməni deputat təcili toplaşmağa çağırdı

30.07.2021, 17:46
"Türkiyə-Azərbaycan tandemi qarşısında bir qərara gəlmək lazımdır..." - Erməni deputat təcili toplaşmağa çağırdı

Müxalifətdə olan “Çiçəklənən Ermənistan” fraksiyasından deputat Naira Zöhrabyan Azərbaycan-Ermənistan sərhədindəki son dürumla bağlı parlamentin təcili iclasının çağrılmasını təklif edib.

"AzPolitika.info" erməni mediasına istinadən xəbər verir ki, o, toplantıya Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan, Silahlı Qüvvələr və Müdafiə Nazirliyinin rəhbər nümayəndələrinin də dəvət olunmalarını tələb edib. Zöhrabyan ölkəsinin hazırda təhlükədə olduğunu bildirib.

“Yaxın vaxtlarda Moskvada olduqca çətin 3 tərəfli danışıqlar gözlənir. 44 günlük müharibədən əvvəl və sonra heç kimin bilmədiyi vəziyyətin təkrarlanmasını istəmirəm. İndi Türkiyə-Azərbaycan tandemi qarşısında bir qərara gəlmək üçün ağıllı və düzgün bir şəkildə real birləşmək vaxtıdır. Çünki onlar artıq vahid ordunun yaradılmasından danışırlar. Dövlətimiz, sərhədlərimiz təhlükə altındadır. Azərbaycan hər gün bütün yazılı və şifahi razılaşmaları pozur. Gəlin bu iclasdan sonra, təcili toplantı çağıraq, bu vacib məsələni müzakirə edək” - deyə, o bildirib.

Hakim “Mənim addımım” fraksiyasından deputat Nazeli Baqdasaryan isə, Ermənistanın öz ərazi bütövlüyü məsələsində kompramisə getməyə imkanı olmadığını bildirib.

Qeyd edək ki, yeni parlamentin ilk iclası avqustun 2-ə təyin edilib. Həmin iclasda ilk növbədə parlamentin rəhbərliyi-sədr və onun müavinləri seçilməlidir.

"AzPolitika.info"

Şərhlər

Niyaməddin 2021-07-31 00:26:46

Allah rəhmət eləsin, Puşkinə; "sən qorxaq, sən kölə, sən ermənisən", demişdi. Bu həyasız, meymun güzgüyə baxıb adını özgəyə qoyur. Ay ... Azərbaycan nə vaxt bütün yazılı və şifahi razılaşmaları pozub? Halbuki bu onların özlərinə məxsusdur. Minsifətli, riyakar, xəyanətkar, lənətlənmiş, zatıqırıqlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol