Menu

Şirvanda “patı” satan qadın və daha 4 nəfər tutulub

31.07.2021, 09:24
Şirvanda “patı” satan qadın və daha 4 nəfər tutulub

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində psixotrop maddə olan “patı”və “şüşə” adlanan metamfetaminin və heroinin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan daha beş nəfər şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Araşdırmalarla onların Şirvan şəhər sakinləri Qənirə Britkova, Vahid Məmmədov, Xəlil Abdıyev, Vahid Bağırov və Sabirabad rayon sakini Səmid Şəfiyev olduqları müəyyən edilib.

Saxlanılan zaman həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan narkotik maddə metamfetamin, heroin və qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Şirvan ŞPŞ-də cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.

Şərhlər

Veteran 2021-08-02 01:15:25

Arxasındakıları birdəfəlik MƏHV etmək lazımdır.

Rasim 2021-07-31 12:44:47

ŞİRVAN rayonunda aparılan bu əməliyyatlar təqdirə layiqdi..cavanlarımız qırılıb gedir narkotikden.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol