Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət ikinci qrup Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş ölkəyə yola düşüb.
İkinci qrupun tərkibində FHN-nin 250 əməkdaşı təmsil olunur. Peşəkar və təcrübəli yanğınsöndürənlərdən ibarət qrup üzvləri fərdi yanğınsöndürmə vasitələri ilə tam təmin olunublar.
Baku TV-nin yola salınma mərasimindən hazırladığı videoreportajı təqdim edirik:
***

Bu barədə FHN-dən məlumat verilib.
Yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları, 220 nəfər yanğınsöndürən və xilasedici daxildir.


Şərhlər
Amin, Hümbət qardaş. FHN-in əməkdaşlarına uğurlar arzulayırıq.
Qəsdən yandırılır meşələr,Allah qənim olsun hələ mikroblara