Menu

Eldar Həsənov hakim qarşısına çıxarılacaq

31.07.2021, 23:19
Eldar Həsənov hakim qarşısına çıxarılacaq

Ötən ilin avqustundan həbsdə olan sabiq baş prokuror və səfir Eldar Həsənov yaxın vaxtlarda məhkəmə qarşısına çıxarılacaq. Onun işi üzrə ibtidai istintaq başa çatıb.

E. Həsənovun  vəkillərinin cinayət işinin materialları ilə tanışlıq mərhələsi başa çatandan sonra ittiham aktı təsdiqlənəcək və iş baxılması üçün məhkəməyə göndəriləcək.

E.Həsənov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə ittiham olunur.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol