Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdemirli Bodrumda yanğının nəzarət altına alındığını, hazırda soyutma işləri aparıldığını açıqlayıb.
Musavat.com-un verdiyi xəbərə görə, nazir bildirib ki, Muğlanın Bodrum və Milas rayonlarında baş verən yanğınlar İçmeler və Gökpınar nahiyəsindəki tərsanələrin və otellərin yerləşdiyi bölgəyə çatmışdı: "Alovlar 85 evin olduğu Mazı məhəlləsi və Armutçuk mahalına da yayılmışdı. Yanğın səbəbiylə iki məhəllə təxliyə edildi".
Bodrum bələdiyyə sədri Əhməd Arasın sözlərinə görə, hər kəsin çox diqqətli olması lazımdır: "Burda nəfəs almaqda çətinlik çəkirik".
Digər tərəfdən, Bodrumun Umurca mahalında meydana gələn yanğın 10 saat sonra nəzarət altına alınıb. Alovların 50 hektar əraziyə ziyan vurduğu öyrənilib.


Şərhlər