Andrey Şevçenkonun Ukrayna millisinin baş məşqçi postundan getməsinin səbəbləri məlum olub.
"Obozrevatel" xəbər verir ki, Ukrayna futbolunun əfsanəsi Ukrayna Futbol Federasiyası (UAF) ilə yeni müqavilənin maliyyə şərtlərini razılaşdıra bilməyib.
Şevçenko UAF-dan bütün məşqçi heyəti üçün 3 milyon dollar istəyib, lakin Federasiya 1,5 milyon dollardan artıq ödəməyə hazır deyildi. Qəzetin qeyd etdiyi kimi, Ukrayna komandası 2020 Avropa Çempionatında 16 milyon avro qazanıb.


Şərhlər