Almaniya Federativ Respublikasının (AFR) nümayəndələri «Taliban» radikal hərəkatının üzvləri ilə məxfi danışıqlar aparır.
Bu barədə avqustun 1-də öz mənbələrinə istinadla «Bild» qəzeti xəbər verib.
Nəşrin məlumatına görə, danışıqlar Qətərin paytaxtı Dohada gedir. Almaniyanı Əfqanıstan və Pakistan üzrə xüsusi səlahiyyətli nümayəndə Yasir Vik təmsil edir. Görüş federal kəşfiyyat xidməti (BİD) tərəfindən hazırlanıb və Amerika Birləşmiş Ştatları (ABŞ) ilə razılaşdırılıb.
Qəzetin mənbəsinin məlumatına görə, görüşdə ölkədə alman humanitar təşkilatlarının əməkdaşlarının təhlükəsizliyi üçün zəmanət və Əfqanıstanda Bundesverə kömək etmiş əfqanların, ABŞ və NATO missiyasında iştirak etmiş Federal polislərin vəziyyəti müzakirə olunub.
Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanskonun sözlərinə görə, Rusiya və ABŞ Əfqanıstanda yaranmış vəziyyət üzrə əməkdaşlıq edir - qərb koalisiyası ordusunun çıxarılması səbəbilə, vəziyyət radikal şəkildə dəyişir. O, həm də ümid etdiyini bildirib ki, Əfqanıstan sülh tənzimləməsinə «üçlərin» (Rusiya, ABŞ, ÇİN) genişləndirilmiş görüşü kömək edəcək. Görüş avqustda Dohada keçiriləcək.
AzPolitika.info


Şərhlər