NAZİRLİKLƏRDƏKİ KÜTLƏVİ GƏNCLƏŞDİRMƏNİN FƏSADLARI... – Milyonlar xaricə axır, bürokratiya və narazılıqlar artır
“Gəncləşən” nazirliklərdə dövlət qulluqçusu anlayışının deqradasiyaya uğraması baş verir
Köhnə idarəetmə sisteminin yenilənməsini, gənc, savadlı, enerjili, işi bilən və şəffaf reputasiyalı kadrların önə çəkilməsini Azərbaycanda istəməyən kəs yoxdur. Zatən də bu istiqamətdə müəyyən təqdirəlayiq addımların atıldığı göz qabağındadır. “Köhnə qvardiya”, “5-ci kolon” kimi təsvir edilən və cəmiyyətin bütün sahələrində inkişafı əngəlləyən şəxslərin əhəmiyyətli vəzifələrdən kənarlaşdırılması əlbəttə ki, müsbət addımdır. Və bununla yanaşı, doğrudan da müxtəlif sahələrdə xeyli sayda gənc və parlaq kadrlarımız formalaşıb, onlar yüksək vəzifələrə təyin olunub və sair.
Lakin təəssüf ki, bir çox nazirlik, komitə və digər idarəçilik strukturlarında kadrların gəncləşdirilməsi siyasəti “qaş düzəldən yerdə göz çıxarmaq” prinsipi ilə aparılır və heç də hər zaman “ASAN” Xidmətdəki effekti vermir.
Belə ki, kütləvi şəkildə nisbətən yaşlı və təcrübəli kadrların ağına-bozuna baxmadan müxtəlif adlar altında işdən kənarlaşdırılması, onların yerinə işi bilməyən, təcrübəsiz, məsul olduğu sahədən bixəbər gənclərin təyinatına rast gəlinir. Bu təyinatlar əsasən xaricdə təhsil, xarici dil bilgisi və s. məlum kriteriyalara əsaslanır. Lakin çox zaman həmin gənclərin onlara həvalə olunan sahəyə dair nəzəri və xüsusilə də praktiki bilgilərə, təcrübəyə nə dərəcdə sahib olduqları heç kimi maraqlandırmır. Bu da nəticə etibarilə müxtəlif ağrılı fəsadlar törədir, bu və ya digər qurumun fəaliyyətinin effektivlik səviyyəsinə mənfi təsir edir, süründürməçilik, bürokratiya kimi əlavə problemlər yaradır.
Çünki işi bilməyən gənc kadr ona həvalə olunan işi yerinə yetirə bilmədiyi, bəzən isə ümumiyyətlə həmin sahədən bixəbər olduğu üçün nəyisə öyrənməyə, kimlərəsə müraciət etməyə, mütəxəssislərdən bilgi almağa və s. xeyli vaxt sərf etməli, ya da işi öz boynundan atmaq üçün vətəndaşı get-gələ salmalı olur. Bu da gecikmələrə, süründürməçiliyə, bürokratiyaya yol açır.
Adətən, nisbətən yaşlı və təcrübəli kadrlar bu və ya digər qurumdan struktur islahatı, yaxud ixtisar adı ilə uzaqlaşdırılır, çox vaxt onların işlədikləri şöbələr ümumiyyətlə ləğv olunur. Lakin qəribədir ki, onların yerində bir çox hallarda yeni struktur vahidləri yaradılır və həmin yeni adlı şöbələr əvvəl ləğv olunmuş şöbələrin funksiyalarını yerinə yetirirlər. Lakin bu dəfə həmin şöbələrə təcrübəli kladrlar deyil, gənclər yerləşdirilir. Və təəssüf ki, bu cür hesablanmamış, ölçü-biçisiz, səhv kadr siyasəti bir çox nazirlik və komitələrin, idarələrin fəaliyyətini az qala iflic edir.
Belə ki, yeni gətirilən kadrlar heç bir təcrübəyə, iş bacarığına malik olmadıqları üçün əsas iş belə şöbələrdə qalan 3-5 təcrübəli kadrın üzərinə düşür. Onlarsa bütöv bir şöbənin etməli olduğu işi təkbaşına görməli olurlar və təbii ki, bunun öhdəsindən gələ, işi tam başa çatdıra bilmirlər.
Misal üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səhiyyə Nazirliyinin müvafiq strukturlarında xeyli müddətdir əlilliyin təyinatı, bununla əlaqədar komissiyaların təşkili, onların fəaliyyətinin əlaqələndirilməsi və s. ilə bağlı yaranan və əhalidə, cəmiyyətdə böyük narazılığa səbəb olan məlum problemlər – süründürməçilik, bürokratiya, əlillik təyinatında yol verilən ciddi qüsurlar və s. digər səbəblərlə yanaşı, həm də sözügedən qurumlardakı kadr problemlərilə əlaqədardır. Yetərli təcrübəyə və biliklərə malik olmayan kadrlar bu işin yüksək səviyyədə təşkilinə və tezləşdirilməsinə yox, əngəllənməsinə, yubanmasına xidmət etmiş olublar. Çünki zamanında onların təyinatı səhv aparılıb.
Axı, sadəcə ingilis dilini bilmək, yaxud xaricdə təhsil almaq kifayət etmir. Konkret sahə üzrə mütləq nəzəri və xüsusilə də praktiki biliklərə, təcrübəyə malik olmaq lazımdır. Ucdantutma köhnə kadrların işdən çıxarılması və onların yerinə yuxarıda qeyd etdiyimiz, belə demək mümkünsə, yetişməmiş, kal gənclərin təyin olunması təkcə adlarını çəkdiyimiz nazirliklərdə deyil, digər əksər qurumlarda da ağır fəsadlar yaradır.
Maraqlıdır ki, bir çox nazirlik və komitə rəhbərləri yaranmış xoşagəlməz vəziyyətdən özünəməxsus çıxış yolu tapıblar - xaricdən məsləhətçi, konsaltinq və s. şirkətləri dəvət etmək. Yəni ki, əvvəllər nazirlik və komitələrin daxilindəki öz mütəxəssislərimizin görə bildikləri işi indi xarici şirkətlərə həvalə edirlər. Bu isə hər ayrıca götürülmüş idarəetmə strukturunda milyonlar, on milyonlarla ölçülən vəsaitlərin “məsləhət” adı ilə xaricə axıdılması deməkdir. Bunu son illərdə əksər nazirliklərin xaricdən məsləhətçi şirkət dəvət etməsinə dair mətbuatda gedən xəbərlərin xeyli çoxalması da təsdiqləyir. Bu, o deməkdir ki, səhv kadr siyasəti digər mənfi tərəflərilə yanaşı, həm də xaricə külli miqdarda valyuta axınına səbəb olur.
Onu da qeyd edək ki, xaricdə bahalı təhsil almış və hazırda kifayət qədər yüksək vəzifələrə yerləşdirilən gənclərin hamısı da olmasa, bir çoxu imkanlı şəxslərin, əsasən də məmurların övladları, yaxınlarıdır. Belələri gənc və təcrübəsiz olmaqla yanaşı, həm də “qara camaat”dan, onun sosial problemlərindən, güzəranından və psixoloji durumundan bixəbərdirlər. Bu da həmin kadrların əhali ilə dil tapmasına, problemləri dərindən dərk etməsinə və onları effektiv şəkildə həll etməsinə imkan vermir.
Həmçinin, belələrinin bir çox hallarda öz iş yerlərində işdən çox əyləncəyə vaxt sərf etməsi, vaxtlarını kompüter oyunları arxasında, yaxud iki gündən bir ad günü qeyd etmək, tort kəsməklə keçirirməsi dövlət qulluqçusu anlayışını və etikasını da zədələyir. Nizam-intizamın son dərəcədə zəifləməsi, dövlət qulluqçusu anlayışının deqradasiyaya uğraması baş verir. Eyni zamanda, qeyd etdiyimiz yanlış kadr siyasəti bürokratiyaya, süründürməçiliyə, məsuliyyətsizliyə, bir sözlə, dərəbəyliyə yol açır...
Əslində bu, çox geniş mövzudur və onun bir məqalə ilə əhatə olunması qeyri-mümkündür. Lakin bütün bunları qeyd etməkdə məqsədimiz əlbəttə ki, gənclərin önə çəkilməsinə, ən əsası da təmənnasız, şəffaf şəkildə bu və ya digər vəzifələrə təyinatına qarşı çıxmaq deyil, sadəcə, bütün işlərdə olduğu kimi, kadr siyasətində də düşünülməmiş, sərt, radikal addımların böyük risqlər və fəsadlar yaratdığını qeyd etməkdir.
Əks halda, bu cür kadr siyasəti iş keyfiyyətinin aşağı düşməsi, bürokratiyanın, süründürməçiliyin daha da geniş yayılması, dövlət qulluqçusu anlayışının dəyərsizləşməsi, ölkədən valyuta axını və s. kimi mənfi fəsadlardan başqa heç nə verməyəcək.
Cəlal Məmmədov
“AzPolitika.info”
Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu" mövzusunda hazırlanmışdır.
Son yazılar
Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024
Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!
Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024
Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.
Тренды крипторынка 2024 - Crypto Market Trends
Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.
Şərhlər
belə gəncləşdirmə işləri daha da korlayıb.Məsələn:Sahil Babayev,elə digər bir çoxları.
Aktual problemdir. Bizim Nazirlikləedə ümumi bir xəstəlik var - yeni Nazir gəldi, bütün kadrlar dəyişməlidir. Heş kin düşünmür ki, Nəzirlikləldə çalışan kadrlar illərlə təcrübə toplatıb peşakar mütəxəssislərə çevrilirlər. Ən yaxşı halda dünənki məzunu gətiriib bu peşakarən müdiri qöyurlar, və bu müdir alamır ki, nə etməlidir?
Qatılıram. Bu gün ölkədə kadr islahatları deyib, kütləvi şəkildə təcrübəli kadrları işdən kənarlaşdırmaq və yaşı 35-dən yuxarı təcrübəli kadrları işə qəbul etməmək bəzi dövlət strukturlarında katastrafik vəziyyət yaradıb. Bu da ondan qaynaqlanır ki, keçmiş kadrların hamsısına rüşvətxor gözündə baxılır. Onlar rüşvətxor deyillər, əslində rüşvətxor rüşvəti onlardan məcbur tələb edənlərdir. Bir şeyi anlamaq lazımdır ki, dünyanın inkişaf etmiş ölkələrində belə, işçi işə onun CV-də (bizdə Əmək kitabçasında)qeyd olunan təcrübəsinə və savadına görə seçilər. Bizdə isə əksər vaxt yalnızca ali təhsilinə bir də frəngcə (yənin xarici dil) bilməsinə görə işçi seçilir. Nə yazıq ki, məqalədə də qeyd olunduğu kimi, bu katastrafik vəziyyət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindədir. Ona görə də bu gün ən çox narazılıq bu nazirlikdəndir. DOST mərkəzləri çox yaxşı. Amma əksəriyyəti təcrübəsiz olduğu üçün, vətəndaşlar dolğun cavablandırılmırlar. Bu gün 3 sayl Məqulluq mərkəzində olmuşam. Təcrübəsi olmayan, etiq davranış qaydaları aşağı olan, vətəndaşlarla danışmaq qabiliyyəti olmatyan ( məsələn adları yadımda qalan Fərrux və Əhliman kimiləri) gənclər işə götürülüb. Üzərlərinə düşən vəzifəni icra etmələrini tələb edirsən, üçü-dördü birdən tökülür üstünə, sanki qoçu dəstələridi. Müvin qəbul edir, səninlə söhbət etsin. Qapı döyülmədən, haqqında şikayət edilən üç dörd nəfər birdən dolur içəri. Sadəcə biyabırçılq. Ona görə də Məleykə xanımın İmtahan merkəzi adlı deyirmanı bağlanılmalı, kadrlar onların təcrüübəısinə və savadına görə işə qəbul edilməlidir. Çünki, imtahan mərkəzi müsabiqəni orta məktəb həcmindəki suallarla keçirir. Müsahibə də Azərbaycan variantında. Bir dəfə Maliyyə Nazirliyində bir idarə rəisi (rəhmətə gedib indi) dedi bu dəqiqə şöbəmdə üç vakansiya var. Səni bilirəm dəvət edə bilmirəm. Ki, gərək İmtahan mərkəzindən keçəsən (əslində keçməkdə mənim üçün problem deyildi), Qorxumdan da İmtahan mərkəzinə vermirəm, orta məktəb həcmində kadrlar gələcək, onda da gərək işimi buraxam onları öyrədəm dedi. Bunun üçün demişəm, problemin həlli İmtahan mərkəzini buraxıb, ölkədə kadr bankı yaradılmasından keçir. Əmisiz, dayısız, qudasız , sırf təcrübəsinə, milliliyinə, savadına, natiqliyinə və təşkilatçılıöına gorə bir seçim.
Kadların düzgün seçilməməsi və yerləşdirilmədiyindən ölkənin iş bilən,bacarıqlı şəxslərinin imkanı olanları AZərbaycanı tərk edib və edir.
Dəmir yolunu da buraəlavə edin
Tamamilə doğrudur.Bəlkə adı cəkilən nazirliyin"başbilənı" yerində olmayan "başbilən"dir.Doğrudanda bu nazirlikdə 3 ildir əsil kadr soyqırımı davam edir.
Gomruye qebul olub seherde islemek ucun isteyirsiz Ensteyn olun xeyr elemir
Dövlət dərhal xaricdən məsləhətçi, konsaltinq və s. şirkətləri dəvət etməyi qadağan etməlidir. Canları çıxsın, işlərinin öhdəsindən gəlsinlər! Ən əsası isə müxalifət partiyalarının rəhbərləri ilə hərəkət etmək lazımdır. Misal üçün, Qubad İbadoğlu, İlyas İsmayılov və s. vətənpərvər siyasətçilərdən maksimum istifadə etmək lazımdır! Allah aqibətimizi xeyir etsin!
Azərbaycanda bütün sahələr üzrə ixtisaslı və işi bilən kadr bolluğudur.Sadəcə kadrların düzgün seçilməməsinə yönələn regionçulu, ,qohum-dostu başına yə\ma praktikası bu işi əngəlləyir
Xarici təhsil və bilik deyil idarəetmə bacarığı və siyasi mənsubiyyət prioritet olmalıdır.Xarici təhsilli gənc şöbə müdiri mediyaya elə bir yararsız, bərbad açıqlama verir ki, sonrada həmin qurumun Mətbuat Xidməti 2-3 həftə agentliklərə zənglə yalvar yaxar edərək informasiyanı sildirir. Biabırçılıqdır...
tamamile haqlisiniz,sizinle raziyiq,teshekkurler!
Cenab prezident bele.deyir ki genclerle tecrubelilerin vehdetini yaratmaq lazimdi ancaq emek nazirliyi her zaman oldugu kimi basa dusmur vehdet sozunu
Salam Rabitə naziri dəyişəndən beri bütün layihələr dayanıb, 4 yüz manat negd pul da verirəm ama telfon çekdire bilmirem. Allah keçmiş nazirlerin ölənlərinə rehmet eləsin
Rabitə nazirlikdən başqa digərlərində heç olmasa insaf var bunu keçmiş rabitə naziri və indiki nazir haqqında söyləmək olmaz,bunların hər ikisi mütəxəsis rabitəçiləri kütləvi şəkildə əsasız ixtisar edib,yerinə dediyiniz ingilis dilini bilənlər yox papasının gül balalarını neqativ yolla işə götürürlər,bunların içində adını tam yaza bilməyənlərdə az deyil,bir sözlə son 7-8 ildə rabitəçilərə qarşı soyqrım elan edilib.Çox təssüflər olsunki hələdə qarşısı alınmır.
Həmişə sual verirdimki,niyə bu mövzuya toxunmursuz..çox gözəl təhlildi
Fox actual movzudur
Çox saģ olun, Cəlal müəllim. Mükəmməl araşdırma aparmısınız. Hər zaman olduģu kumi cəsarətli yanaşmanız var. Bu ölkədə savadlı, təcrübəli kadrları işdən çıxartmaqla ölümə məhkum edirlər.
NRYTN-ni də buraya əlavə edə biərsiniz. Kadrlar kütləvi şəkildə ingilis dilinində danışan iqtisadçılarla əvəzlənir. Təklif edərdim ki, ali məktəblərdəki bütün ixtisasları bağlayıb, əvəzində iqtisadiyyat üzrə ixtisaslar açılsın. İqtisadi sahəyə isı kənd təsərrüfatı üzrə mütəxəssislər yerləşdirsə yaxşı olar. Kənd təsərrüffatına da həkumlər və s.
Tam razıyam, düzgün düşünmüsünüz, bi daha çox faydalı olardı....
Əhsən! Aktual mövzudur.
Tamamı ilə razıyam. Gənc kadırların yetişməsi üçün təcrübəli, savadlı mütəxəssislərin olması vacib hesab edirəm