Menu

Azərbaycanda zəlzələ olub

02.08.2021, 23:07
Azərbaycanda zəlzələ olub

Avqustun 2-də Azərbaycanda zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a bildirilib ki, yerli vaxtla saat 20:56-da Bərdə stansiyasından 10 km şimal-şərqdə, Bərdə rayonunda zəlzələ qeydə alınıb.

Ocağı 31 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3,3 -ə bərabər olub.

Zəlzələ hiss olunmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol