Menu

Gürcüstanda koronavirusa 4 827 yeni yoluxma qeydə alınıb - 34 nəfər ölüb

03.08.2021, 10:54
Gürcüstanda koronavirusa 4 827 yeni yoluxma qeydə alınıb - 34 nəfər ölüb

Gürcüstanda son sutkada daha 4 827 nəfərin koronavirusa yoluxduğu müəyyən olunub, 34 nəfər vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Ötən 24 saat ərzində 1 895 nəfər müalicə olunaraq sağalıb.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 428 670 nəfər yoluxub. Onların 388 893-ü sağalıb, 5 910-u ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol