Menu

“Bu hadisə bizim üçün dərs olacaq” - Eldar İbrahimov

03.08.2021, 11:36
“Bu hadisə bizim üçün dərs olacaq” -  Eldar İbrahimov

“Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” parlamentə göndərdiyi təqdimat İntizam komissiyasında müzakirə edilib və rəy qəbul olunub”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov deyib.

Rəydə deyilir: “Milli Məclisin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün kifayət qədər əsaslar var və məsələ parlamentin plenar iclasına çıxarıla bilər”.

Komitə sədri bildirib ki, hər kəs qanun qarşısında bərabərdir: “Bu hadisə bizim üçün dərs olacaq”.

Şərhlər

Niyaməddin 2021-08-03 20:48:01

Milli Məclisin əksər deputatlarının toxunulmazlığına xitam verilməlidir. Xalqın seçmədiyi deputat xalqa lazım deyil. Əksər deputatlar Azərbaycan konstitusiyasını kopud şəkildə pozub, cinayət işləyənlərdir. Xalqın qeydinə qalmayıb, harınlayırlar, sonu da belə olur. Təbii ki, axirət məhkəməsi bundan daha şiddətli, daha rüsvayçı olacaq. Yeyin millətin haqqını, çox yaxında Eldəniz kimi qusacaqsınız!

Yadigar 2021-08-03 12:43:06

Ay kişi 80 yaşın var get otur evində də bəsdirdə işlədin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol