Menu

"Milli Məclisin deputatı olmaq yüksək şərəfdir" - Sahibə Qafarova

03.08.2021, 12:43
"Milli Məclisin deputatı olmaq yüksək şərəfdir" - Sahibə Qafarova

“Milli Məclisin deputatı olmaq yüksək şərəfdir. Düşünürəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi ölkədə deputat olmaq daha böyük şərəfdir və etibardır”.

“Report”un xəbərinə görə, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə çox böyük uğurlar əldə edib: “VI çağırış parlamentin ilk iclasında düşünürəm ki, Prezidentin çıxışı yadınızdadır. Ötən il yarım ərzində parlamentin fəaliyyətini dövlət başçısının çıxışındakı tövsiyələr əsasında qurmağa çalışmışıq. Hər birimiz yaxşı başa düşməliyik ki, deputat olmaq həm də məsuliyyətdir. Deputat özünü heç kəsdən üstün tutmamalıdır. Mən Eldəniz Səlimovun deputat adına yaraşmayan hərəkəti ilə bağlı dərin təəssüfümü bildirirəm”.

Şərhlər

t.ədalət 2021-08-03 14:50:29

Gömrük komitəsinin rüsum oyunları hesabına mağazalarda yağın qiyməti 18 manatı ötüb.8 manata satılmalı olan yağı bu qədər baha satanlara irad bildirməyə acizdirsə,həmin deputatlıq nəyə yarayır?Zəhərli qida istehsalçıları,dərman mafiyası xalqı pis günə qoyub.Hanı deputat mövqeyi?

Roma 2021-08-03 13:53:15

Sahibə xanım Sizə işinizdə müvəffəqiyyət arzulayıram və əlavə olaraq qeyd etməyi özümə borc bilirəm, Eldəniz kimilərini inanmıram ki, Xalq seçmiş olsun. Xalq, seçici kiməsə mandat veribsə o heç bir halda onun hər hansı bir Vətəndaşına əl qaldırmaz...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol