Menu

Kapitoli binasını mühafizə etmiş 4 zabit özünə qəsd edib

03.08.2021, 13:28
Kapitoli binasını mühafizə etmiş 4 zabit özünə qəsd edib

Yanvarın 6-da ABŞ-da Kapitoliyə hücum zamanı binanı mühafizə etmiş 4 zabit ötən müddət ərzində özünə qəsd edib.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Vaşinqton polisi məlumat açıqlayıb.

Məlumata görə, veteran Günter Haşida iyulun 29-da öz mənzilində ölü aşkarlanıb. Ekspertiza onun özünəqəsd nəticəsində öldüyü qərarına gəlib.

İyulun 10-da zabit Karl Defeytaq da özünə qəsd edib.

Daha əvvəl isə polis əməkdaşları Hovard Liberhud və Cefri Smit də özünəqəsd nəticəsində dünyalarını dəyişiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol