Çin-Hindistan danışıqlarının korpus komandirləri səviyyəsində 12-ci raundu Moldo-Çuşul sərhəd məntəqəsinin Hindistana aid hissəsində keçirilib.
Bu barədə avqustun 3-də ÇXR Müdafiə Nazirliyinə istinadla «Sinxua» informasiya agentliyi xəbər verib.
«Tərəflər Çin-Hindistan sərhədinin qərb sektorunda faktiki nəzarət xəttində orduların ayrılmasına dəstək üzrə açıq və dərin fikir mübadiləsi aparıblar» - nazirliyin bəyanatında deyilir.
Sənəddə həm də qeyd olunur ki, hər iki tərəf danışıqların indiki raundunu konstruktiv və qarşılıqlı anlaşmaya gəlməyə kömək kimi qiymətləndirib.
Tərəflər eyni zamanda danışıqların dinamikasını və dialoqu saxlamağa razılaşıblar ki, həll ounmamış məsələlərin həllinə mümkün qədər tez nail olsunlar.
Danışıqların gedişində tərəflər ərazidəki faktiki nəzarət xətti üzrə sabitliyin təmin olunması və sülhü saxlamaq üçün əlavə səylər göstərilməsi razılığına gəliblər.
Bundan əvvəl, iyulun 14-də Düşənbədə Çin və Hindistan xarici işlər nazirlərinin görüşü baş tutub. İyunun 25-də tərəflər Çin-Hindistan sərhəd məsələləri üzrə 22-ci məsləhətləşmə və koordinasiya iclasını keçiriblər.
AzPolitika.info


Şərhlər