Menu

ERMƏNİLƏR YENƏ MÖVQELƏRİMİZİ ATƏŞƏ TUTDU - Rəsmi açıqlama

05.08.2021, 13:42
ERMƏNİLƏR YENƏ MÖVQELƏRİMİZİ ATƏŞƏ TUTDU - Rəsmi açıqlama

Avqustun 4-ü saat 14:50-dən 00:00-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Yuxarı Şorca, Əzizli, Şişqaya və Qaraiman, Çəmbərək rayonunun Ardanış yaşayış məntəqələrində yerləşən mövqelərindən Sədərək rayonunun Heydərabad, Gədəbəy rayonunun Novoivanovka və Qalakənd, Kəlbəcər rayonunun İstisu və Yellicə, Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Şərhlər

Xalq 2021-08-05 14:01:47

bəs rus "sülhməramlıları" orada nə işlə məşğuldurlar. Elə isə qovun onları çıxıb getsinlər!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol